İçeriğe geçmek için "Enter"a basın

Kapitan cinsiyyetini deyişerek qadın oldu – Şekil

19-01-2015


19.01.2015 15:07 xeber –

İngilis ordusunun hərbçisi Hanna Vinterborn cinsiyyətini dəyişib.

ANS PRESS-in məlumatına görə, 27 yaşlı kapitan Əfqanıstanda xidmət edərkən buna qərar verib. Daha sonra qərarını bildirəndən sonra hormon müalicəsinə başlayıb. Ardınca isə əməliyyat olunub.

Onun sözlərinə görə, əməliyyatdan sonra ordu onu olduğu kimi qəbul edib və onu yeni adı ilə çağırır. Hanna hərbçi olaraq fəaliyyətini davam etdirməklə yanaşı, cinsiyyətini dəyişdirmək istəyən əsgərlərə dəstək xidməti də göstərir.

“Mənim kimi cinsiyyətini dəyişmək istəyən hərbçilər çoxdur. Ümid edirəm ki, mənim hərəkətim onlara da cəsarət verər”, – deyən Hanna yeni həyatından və vücudundan tam məmnun görünür.

Qeyd edək ki, ingilis ordusunda bu, ilk belə hadisə deyil. Ondan əvvəl 30 yaşlı Ayla Holdom adlı pilot da cinsiyyətini dəyişmişdi.

Mənbə : Anspress.com

Kapitan cinsiyyetini deyişerek qadın oldu – Şekil