19.01.2015 15:02 xeber –
Bakıda çay evinə əməliyyat keçirilib.
ANS PRESS-in Daxili İşlər Nazirliyinə istinadla verdiyi məlumata görə, Bakı şəhər sakini Ceyhun Xəlilovun çay evində qanunsuz qumarxana təşkil etməsi müəyyən edilib.
Belə ki, Xətai RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Ceyhun Xəlilovun M.Hadi küçəsində yerləşən çay evində qanunsuz qumarxana təşkil etməsi müəyyən edilib.
Ora baxış zamanı 2 ədəd noutbuk və 12 ədəd prosessor aşkar edilərək götürülüb.
Mənbə : Anspress.com