19.01.2015 11:18 xeber –
Bakıda dəhşətli intihar olub.
ANS PRESS-in milli.az-a istinadən verdiyi məlumatına, hadisə Xətai rayonu, Telnov küçəsində baş verib.
Həmin küçədə yerləşən mənzillərdən birində kirayə yaşayan 42 yaşlı Puğu Tubu özünü 6-cı mərtəbədən atıb.
Rayon Prokurorluğundan verilən məlumata görə, qadının özünə qəsd etməsinin səbəbi məlum deyil.
Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.
Mənbə : Anspress.com