İçeriğe geçmek için "Enter"a basın

Bakıda ağır qeza: ölen var

19-01-2015


19.01.2015 08:56 xeber –

Bakı-Şamaxı avtomobil yolunun 16-cı kilometrliyində ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

ANS PRESS-in FHN mətbuat mərkəzinə istinadən verdiyi məlumata görə, qəza zamanı “MERCEDES” və “NİVA” markalı minik avtomobilləri toqquşub.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, “NİVA” markalı minik avtomobilinin sürücüsü aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib.

Xilasedicilər deformasiya uğramış avtomobildən sıxılmış vəziyyətdə qalmış meyiti çıxarıb və aidiyyətı üzrə təhvil veriblər. Əməliyyat saat 07:44-də başa çatıb.

Mənbə : Anspress.com

Bakıda ağır qeza: ölen var