İçeriğe geçmek için "Enter"a basın

“Hababam Sınıfı” müellifinin heyat yoldaşı öldü

19-01-2015


19.01.2015 01:56 xeber –

Türkiyənin tanınmış yazıçı-jurnalisti Afət İlqaz vəfat edib.

ANS PRESS-in məlumatına görə, yanvarın 9-da sətəlcəm diaqnozu ilə “Balıklı Rum” xəstəxanasına çatdırılan İlqaz burda infarkt keçirərək “Bağçılar” xəstəxanasına aparılmışdı.

Bir müddət reanimasiya şöbəsində müalicə olunan yazarın həyatını xilas etmək mümkün olmayıb.

Cənazə mərasimi ötən gün İstanbul Fatih rayonunun “Sümbül əfəndi” məscidində olan 78 yaşlı yazar “Yeddi qüllə” qəbristanlığında dəfn olunub.

Qeyd edək ki, Afət İlqaz məşhur “Hababam sınıfı” əsərinin müəllifi Rıfat İlqazın keçmiş həyat yoldaşıdır.

Allah rəhmət eləsin.

Mənbə : Anspress.com

“Hababam Sınıfı” müellifinin heyat yoldaşı öldü