İçeriğe geçmek için "Enter"a basın

Ermenistan heç vassal da deyil – Video

19-01-2015


19.01.2015 00:59 xeber –

Ermənilər çətinliklə də olsa başa düşməyə başlayıblar ki, öz ölkəndə özgə dövlətin qoşunlarını saxlamaq, sərhədini başqa dövlətin silahlı qüvvələrinə etibar etmək ağır fəsadlar verir. Sadə erməni hələ bineyi qədimdən eşidib ki, erməni xalqı rus xalqı ilə həmişə birdir. Rusiyanın ayaq qoyduğu yerə baş qoymaq, düşmənlərini Rusiya ilə hədələmək… Rusiya ilə birlikdə hərbi təlimlər keçirmək. Türkiyəyə cavab vermək… Azərbaycanı təhdid etmək və s…

Gümrüdə yaşayanlar Rusiya hərbçilərilə ən yaxşı münasibətdə olanlardır. Yerli ermənilər bu bazadan dolanırlar. Min nəfər adam bu bazada işləyir. Və bu gün əgər Gümrüdən Rusiya hərbi bazaların çıxarılması şüarları səslənirsə, bu çağırış artıq bayaq qeyd etdiyimiz kimi milli xəcalət hissindən doğur. Ermənilər artıq heç nə edə bilmirlər. Onlar həmyerlilərinin qatilini ən yaxşı halda görə bilərlər. O da təbii ki, Moskva icazə verərsə…

Milli xəcalət hər gün güclənir. Biabır olmuş qürur öləziyən reaksiyalar verir. Niyə? Ona görə ki, bu boyda qanlı hadisə baş verib. Amma bir nəfər yüksək səviyyədə rus rəsmisi indiyədək mövqe bildirməyib. Doğrudur, Ermənistan Xarici İşlər Nazirliyi kütlənin qəzəbinin kükrədiyi ilk günlərdə daha çox insanları sakitldəşdirmək məqsədilə belə bir məlumat yaymışdı ki, Rusiya və Ermənistan xarici ilşər nazirləri arasında danışıqlar olub. Amma Rusiya Xarici İşlər nazirliyinin rəsmi internet səhifəsində bu barədə məlumat tapılmadı. Və o saat da hər şey aydın oldu. Heç demə, biçarə Nalbandyan özü Lavrova zəng edibmiş. Və bu xəbəri də Ermənistan Xarici İşlər nazirliyinin saytına “iki nazir arasında danışıqlar baş verdi!” şəklində qoyublarmış.

Bu gün ermənilər qəzəbli, küskün, incikdirlər. Onların qüruruna toxunub ki, Putin heç zəng də etməyb. Axı doğrudan da diqqətcill, Stavropolda yağış altında qalan damın əzabçəkən yiyəsinə dözüm arzulayan Putin erməni xalqına da başsağlığı verə bilərdi, müraciət edə bilərdi… Rusiya Ermənistanı məzənnəsi düşdükcə düşən rubldan da aşağı tutdu. Yəni belə çıxdı ki, “tovariş” bu saat mənim başım rubla, Krıma, Ukraynaya qarışıb, öz hayımdayam, bir dənə o qalmışdı ki, Sənə bir başsağlığı da verim… Moskva Ermənistana öz doğru yerini göstərdi. Müdafiə naziri Şoyqu öz müavini göndərdi. Putin Sarkisyana zəng etməyi də məsləhət bilmədi. Hadisə barədə bəyanatı isə Rusiyanın Ermənistandakı səfiri verdi. Bir də bazanın rəhbərliyinin şəxsi heyətlə iş üzrə müavini Polyukoviç Aleksey.

“102-ci hərbi bazanın komandanlığı və şəxsi heyəti bu dəhşətli faciədən sarsılıb. Ölənlərin ailələrinə və yaxınlarına başsağlığı veririk”.

Biz hamımız qardaş erməni xalqı ilə birlikdə kədərlənirik,…

Təsirli sözlərdir əlbəttə. Amma bütün bunları və buna bənzər sözləri Putin desəydi yəqin ki, ermənilərdən ötürü daha yaxşı olardı. Ən azı izdihamı bir az sakitləşdirərdi.

“Rus və erməni xalqlarının çox əsrli dostluğu çoxlu sınaqlardan keçib. Həm türk müharibələri dövründə, həm də dəhşətli fəlakətlər zamanı”.

Görürsüz komandir müavini sadə adam deyil. İki daşın arasaında Türklərlə müharibəni xatırladır. Bu əlüstü ermənilərə Rusiyanın nə qədər vacib olduğunu anlatmaq şansını növbəti dəfə buraxmamaqdır. Yadına salır ki, baxın haaa, Türkiyə var ha burda…Çox danışmayın.

Xülasə ermənilər tələdədirlər. Özlərinin qurduğu tələdə. Doğrudur, indi bəzi ermənilər bunu başa düşməyə başlayıb. Birdən birə anlaşılır ki, heç demə Rusiya hərbi bazasının əlində bir erməni ailəsini gülləbaran etmək su siçim kimi asan bir işmiş. Və bəlkə də qatil ailəni niyə qırıb-çapmasının səbəbinin elə su içmək olduğunu təsadüfən deməyib. Adam qana susayıb, gəlib biçib və gedib. Burda da maraqlı suallar var. Axı bu qatil ifadəni kimə verib, o ifadə bayıra necə sızıb…Hardandır bu məlumatlar ki, o doğrudan da su içməyə gəlib və ya avtomatı beşinci güllədən sonra donub və sonuncu qurbanını o “ştıknoj”la qətlə yetirib. Əslində erməni xalqı kalon olduğunu bilir və buna görə də onun içində bir kompleks var. Və özü də o kompleks həmişə var idi. Bütün bunları danışıram və Sovet vaxtının köhnə bir anektodu yadıma düşür. Erməni radiosundan soruşurlar: dünyada ən pis millət hanssıdır, erməninin cavabı belə olur, za to u nas konyak xoroşiy.

Hərə öz taleyini özü seçir. Və artıq hamıdan pis olmaq hissi ermənilərin təhtəlşüurdan çıxır və şüura qiyam qaldırır. Bir şeyə başa düşməiliyik. Bu hay-küyə baxmayaraq nə ermənilər tələb edəcək ki, bazalar Ermənistandan çıxsın. Nə də Rusiya burden çıxacaq. Bu sadəcə buxar maşınıdır. İşləyir və buxar buraxır vəssəlam. Əgər bu gün Ermənistanda sorğu keçirələr ki, ermənilər bazaları çıxarmağa razıdır ya yox. Üzdə bəlkə də hamı razı olacaq, amma arxada deyəcəklər ki, yox. Çünki onlar öz vəziyyətlərini yaxşı anlayırlar. Erməniləri yandıran da budur: Rusiya Ermənistanla heç vassal münasibətində də deyil. Vassal öz ərazisində heç olmazsa ona məxsus olan kəsi qətlə yetirmiş qatili özü tutmaq sərbəstliyinə malikdir. Ermənistan isə bunu da edə bilmir. Deməli statusu isə vassaldan daha aşağıdır, forpostdur… Ermənistan sadəcə bir ərazidir, içində kütlə var. Və onun İdarəçiliyi də başqa bir dövlətin əlindədir. Vassal belədir ki, sahibinin dolyasını, yəni xəracını hər ay verir və bildirir ki, sənki səndə mənki məndə. Qalanı mənim daxili işimdir. Belə-belə işlər. Bütün bu dediklərimizdən belə bir nəticə anlaşılır. Rusiya Qarabağı Azərbaycandan aldı və Azərbaycan bunun müqabilində müstəqil oldu. Azadlığın bahası tək. Azərbaycan bu gün tam müstəqidir. Rusiya Qarabağı ermənilərə verdi və ondan müstəqilliyi aldı. Yenə də müstəqilliyin tam bahası tək.

Mənbə : Anspress.com

Ermenistan heç vassal da deyil – Video