İçeriğe geçmek için "Enter"a basın

Felestinliler kanadalı naziri yumurta ateşine tutdular – Video

18-01-2015


18.01.2015 22:24 xeber –

Fələstinlilər kanadalı nazirə etirazlarını bildiriblər. Özü də çox sərt şəkildə. Rəmallahda olan nazirin, hətta ölkəni tərk etməsi də tələb olunur.

ANS TV-nin məlumatına görə, Fələstinə səfər edən Kanadanın xarici işlər naziri Con Beyrd Ramallah şəhərində etirazla qarşılanıb.

Nazir avtomobilə minərkən onun istiqamətində bir neçə yumurta atılıb. Yumurtalar nazirdən yan keçib, maşına dəyib.

Kanadalı nazir avtomobilə mindirilərək ərazidən uzaqlaşdırılıb. Etiraz aksiyası nazir getdikdən sonra da davam edib.

Etiraz səslərini yüksəldənlər “Beyrd, səni Fələstində görmək istəmirik” kimi şüarlar səsləndiriblər.

Etirazçılar kanadalı naziri İsrailin maraqlarına uyğun addımlar atmaqda ittham edirlər.

“O, Sionist rejimini müdafiə edir. O, xalqımızın hüquqlarını tapdalayır və qəsəbələrin salınmasını dəstəkləyir”, – deyə etirazçı Abdulla Əbu Rahme vurğulayıb.

Kanadalı nazirin Yaxın Şərq səfəri 5 gün davam edəcək. O, fələstinli və israilli rəsmilərlə görüşəcək. Görüş zamanı İsrailin Şərqi Qüdsdə yeni qəsəbələr salması məsələsi müzakirə olunacaq.

Mənbə : Anspress.com

Felestinliler kanadalı naziri yumurta ateşine tutdular – Video