İçeriğe geçmek için "Enter"a basın

Bakıya bele qoşun yeridildi (VİDEO)

18-01-2015


18.01.2015 20:37 xeber –

Azərbaycan düz 25 il bundan əvvəl baş verən faciəsini yada salır.

25 il əvvəl, yanvarın bu günü Mərkəzi Komitənin binası qarşısında mitinq davam edirdi. Xüsusi hazırlanmış şəxslər bu mitinqə əlavə rənglər qatırdılar. Vəzirovun istefası ilə yanaşı cihada çağırışlar da səslənirdi.

Bu məsələdə ayın 15-dən Bakıya gələn və Mərkəzi Komitədə qərarlaşan ali qonağın – Primakovun rolu xüsusi xidmət orqanlarının rolundan heç də az deyildi. Ayın 18-i onun kütlə qarşısında çıxış etmək niyyəti də əslində sırf şəhərə qoşun yeridilməsi üçün zəmin hazırlanmasına hesablanmışdı. Ortalıqda konkret xəbərdarlıq da vardı. Bakının komendantı general Sokolov Etibar Məmmədova bildirmişdi ki, əmr olsa, atəş açacağıq.

“O zaman mən Mərkəzi Komitəyə gəldim və Mərkəzi Komitənin qarşısında çıxış etdim. Və bu xəbərdarlığı hamının nəzərinə çatdırdım. Çünki mitinq orda gedirdi”, – deyə keçmiş AXC İdarə Heyətinin üzvü Etibar Məmmədov bildirib.

Mərkəz paralel şəkildə başqa vasitələrə də al atırdı. Məsələn, müstəqillik hərəkatına don geyindirmək üçün istifadə olunan vasitələrdən biri də islam faktoru idi.

Həmin günlərdə Mərkəzi Komitədə gəlib oturan Primakovun Hacı Allahşükür Paşazadəyə təklifi də belə düşünməyə əsas verir.

“Primakov mənə belə bir təklif etdi ki, biz Qarbaçovla danışmışıq, məsləhət eləmişik ançaq bir şərtlə biz bura girməyə bilərik. Əgər sən dövləti öz üzərinə götürsən, rəhbərliyi öz üstünə götürsən onda biz sizə söz verirk ki, hər cəhətdən biz həm sizə dövlətinizi saxlamaq üçün köməklik edərik, həm də qoşunlar bura girməyəcək”, – deyə Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə qeyd edib.

“Əgər Şeyx o təklifi qəbul etsəydi bizi bir mənalı şəkildə bunda ittiham edəcəydilər. Qanunlara bir növ siyasi don geyindirməyə çalışdılar” – deyə Cümşüd Nuriyev xatırladıb.

Hər halda, 25 il əvvəl yanvarın bu günü vəziyyət bu qədər mürəkkəb idi. Amma Mərkəzi Komitənin qarşısına yıığışan mitinq iştirakçılarına Bakıda fövqəladə vəziyyətin olmayacağı və şəhərə qoşun yeridilməyəcəyi deyilirdi. 20 Yanvar hadismələrindən 9 ay sonra oktyabrın 30-31-də keçirilən məhkəmə iclasında Etibar Məmmədov belə bir ifadə verir.

“Ayın 19-u təxminən 16:00 radələrində Primakov mənə dedi. Yazovun belə bir əmri var, atəş açılmalıdır. Dedim axı sən yarım saat bundan qabaq aşağıda elan eləyirdin ki, Bakıda fövqəladə vəziyyət olmayacaq. Dedi olmayacaq, Siyasi büronun üzvü və İttifaq sədri kimi sizə təminat verirəm, amma bir tələbimiz var. Tətil dayandırılsın və Mərkəzi Komitənin qarşısındakı mitinq dağıdılsın”.

Vədlər yalan idi. Qarşıda bizi 20 Yanvar kimi acı bir gerçəklik gözləyirdi. O gerçəkliyi göz altına alanlar artıq xəstəxanaların boşaldılmasına da başlamışdılar.

Mənbə : Anspress.com

Bakıya bele qoşun yeridildi (VİDEO)