18.01.2015 16:44 xeber –
Ermənistan prezidenti Serj Sarkisyan türk həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvətini qəbul etməyib.
ANS PRESS-in məlumatına görə, Ermənistan prezidenti Serj Sarkisyan Türkiyədə aprelin 24-də qeyd edilən Çanaqqala savaşının 100 illiyilə bağlı bayram tədbirində iştirak etməkdən imtina edib.
Qərbdə Gallipoli savaşı adı ilə tarixə düşmüş Çanaqqala savaşının yubileyinə rəsmi Ankara tərəfindən 100-ə yaxın ölkənin liderlərinə dəvətnamələr göndərilib. Hökumət rəsmilərindən biri Sarkisyana göndərilən məktubda, “Çanaqqalada şəhid olan əsgərlər arasnında ermənilər də olub, birlikdə vuruşmuşuq” – fikri vurğulandığını deyib.
Sarkisyan Türkiyə prezidentinə yazdığı cavab məktubunda Ankaradan əvvəlcə aprelin 24-də Ermənistanda qeyd olunan Osmanlı Türkiyəsi dövrünə aid erməni qırğınını tanımağı təklif edib.
Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Çanaqqala zəfərinin 100 illliyinə ABŞ prezidenti Barak Obama da dəvət ediləcək.
Aprelin 23 və 24-də keçiriləcək görkəmli tədbir üçün prezident Ərdoğan və baş nazir Əhməd Davudoğlu 102 ölkə başıçısına məktub yollayıb.
Mənbə : Anspress.com