İçeriğe geçmek için "Enter"a basın

Müğənnini təhqir etdilər (FOTO)

18-01-2015


18.01.2015 15:00 xeber –

Türkiyənin tanınmış müğənniləri Hülya Avşarla Yıldız Tilbe arasında qalmaqal yaşanıb.

ANS PRESS-in məlumatına görə, “Bu tarz benim” dəb yarışmasında Hülya Avşarın ehtiyatsızlığı yeni qalmaqala səbəb olub.

Belə ki, yarış iştirakçılarından biri müğənni Yıldız Tilbeni təqlid edib. Hülya Avşar isə “səndə bu təqlid alınmayıb. Çünki sən gözəlsən” deyib. Sözlərinin sərt olduğunu görən Avşar “Yıldız məni səhv anlamasın, əlbəttə ki, çirkin və s. demədim”, – deyərək Yıldız Tilbenin könlünü almağa çalışıb. Amma alınmayıb.

Yıldız Tilbe bərk əsəbiləşərək “twitter” hesabında ağır sözlər işlədib, Hülya Avşara “xəstə”, “əxlaqsız”, “meymun” deyib.

Mənbə : Anspress.com

Müğənnini təhqir etdilər (FOTO)