İçeriğe geçmek için "Enter"a basın

Qırğızıstan XİN-dən "Reina" terrorçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB

02-01-2017

[r32]

02.01.2017 / 19:22 xeber –

 

 

Qırğızıstanın Xarici İşlər Nazirliyi İstanbulunun “Reina” klubundakı terroru törədənin Qırğızıstan və ya Özbəkistan vətəndaşı olması ehtimalı ilə bağlı Türkiyə mətbuatında yayılan xəbərlərə münasibət bildirib.

 

Lent.az-ın Türkiyə KİV-ə istinadən xəbərinə görə, Qırğızıstan XİN-in sözçüsü Aiymkan Kulukeyeva deyib ki, “İstanbuldakı səfirliyə mətbuatda çıxan bu xəbərləri araşdırmaq üçün təlimat verilib: “İlk məlumatlar bunun şübhəli bir informasiya olduğunu göstərir. Amma yenə də araşdırırq”.

 

 

***

 

12:20

 

 

İstanbulda “Reina” gecə klubuna hücumu Özbəkistan və ya Qırğızıstan vətəndaşı törədə bilərdi.

 

APA-nın xəbərinə görə, bu barədə “CNN Türk” ölkə polisinə istinadən məlumat yayıb.
Qeyd  edək ki, Yeni il gecəsi naməlum şəxs İstanbulun “Reina” gecə klubuna hücum edib. 16 nəfər əcnəbi olmaqla, ümumilikdə 39 insan ölüb. Ölənlər arasında Rusiya, Səudiyyə Ərəbistanı, Mərakeş, Livan, Liviya, İordaniya və İsrail vətəndaşları var.

mənbə :
lent.az

Qırğızıstan XİN-den "Reina" terrorçusu ile bağlı AÇIQLAMA – YENİLƏNİB