[r32]
31.12.2016 / 03:04 xeber –
Avstraliyanın Lorn şəhərində keçirilən musiqi festivalında izdiham yaranması nəticəsində azı 60 nəfər müxtəlif dərəcəli xəsarət alıb.
APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, insident “DMA” rok-qrupunun ifasından sonra, tamaşaçıların qonşu səhnəyə keçmək istədikləri zaman baş verib.
Məlumata əsasən, xəsarət alanlardan 19 nəfər ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Onlardan 13-ü qadın, 6-sı kişidir. Hadisə səbəbindən konsert yarımçıq dayandırılıb.
mənbə :
lent.az