İçeriğe geçmek için "Enter"a basın

Prezident 1 saylı “ASAN Kommunal” Mərkəzinin açılışında

28-12-2016

[r32]

28.12.2016 / 10:56 xeber –

 

Dekabrın 28-də Bakıda 1 saylı “ASAN Kommunal” Mərkəzinin açılışı olub.

 

Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, prezident İlham Əliyev də açılışda iştirak edib.

Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov mərkəzdə yaradılan şərait barədə dövlət başçısına məlumat veribblər.

 

Prezident İlham Əliyev mərasimdə çıxış edib. Sonra dövlət başçısı səyyar “ASAN qatar” ilə tanış olub.

 

Prezidentə məlumat verilib ki, səyyar “ASAN qatar”ları ölkədə geniş dəmir yolu şəbəkəsi, mövcud infrastruktur, kommunikasiya xətləri və ən müasir texnologiyalardan istifadə edərək yerlərdə vətəndaşlara xidmət göstərəcək.

 

+1

mənbə :
lent.az

Prezident 1 saylı “ASAN Kommunal” Merkezinin açılışında