[r32]
28.12.2016 / 10:34 xeber –
Rusiyanın Sankt-Peterburq şəhərində bankomat oğruları tutulub. Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, şəhərin mərkəzindəki küçələrin birindən bankomatı oğurlayanlar onu yaxınlıqdakı avtoservisə gətiriblər. Bankomatı açmaq istəyərkən isə, hadisə yerinə polis gəlib. 7 nəfər həbs edilib. Onların əksəriyyəti azərbaycanlıdır.
mənbə :
lent.az