İçeriğe geçmek için "Enter"a basın

Beynəlxalq Bankın sağlamlaşdırılması sürətləndirilir

28-12-2016

[r32]

28.12.2016 / 09:32 xeber –

Bu ilin sonuna qədər Maliyyə Sabitliyi Şurası 2017-ci il üçün pul proqramını, "2017-ci ilə və ortamüddətli dövrə makroiqtisadi və maliyyə sabitliyinin təmin olunması üzrə tədbirlər planı"nı təsdiq etməlidir.

"APA-Economics" xəbər verir ki, bu, prezident İlham Əliyevin ötən gün imzaladığı "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" qanununun tətbiqi barədə fərmanda öz əksini tapıb.
 

Fərmanda Azərbaycan Mərkəzi Bankına Maliyyə Nazirliyi ilə birlikdə, Maliyyə Sabitliyi Şurasının 2017-ci il üçün təsdiq etdiyi pul proqramına uyğun olaraq, pul və fiskal siyasətlərin daha sıx əlaqələndirilməsi istiqamətində tədbirlər görmək tövsiyə edilib.

 

Fərmanda Maliyyə Sabitliyi Şurasına 2016-cı ilin sonuna kimi "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin sağlamlaşdırılmasının sürətləndirilməsi ilə bağlı tədbirləri də təsdiqləmək və tədbirlər planına uyğun olaraq icrasını təmin etmək tapşırılıb.

mənbə :
lent.az

Beynelxalq Bankın sağlamlaşdırılması süretlendirilir