İçeriğe geçmek için "Enter"a basın

Lavrov Kerriyə xəbərdarlıq edib

28-12-2016

[r32]

28.12.2016 / 03:42 xeber –

Rusiya XİN rəhbəri  Sergey Lavrov ABŞ dövlət katibi Con Kerri ilə telefon danışığı zamanı bildirib ki, zenit-raket sistemləri daxil olmaqla silah-sursatın müxalifət qüvvələrinə tədarük edilməsinə icazənin verilməsi yeni qurbanlara gətirib çıxara bilər.    

 

APA-nın xəbərinə görə, bu barədə Rusiya XİN-in məlumatında bildirilib.   

 

“Lavrov bildirib ki, həmin icazə gərginlinin artmasına və yeni qurbanlara gətirib çıxaracaq”, deyə məlumatda bildirilir.  

 

 

Qeyd edək ki, dekabrın 23-də ABŞ prezidenti Barak Obama Suriyadakı müttəfiqlərinə silah, sursat və döyüş texnikasının tədarükünə qoyulan qadağanı ləğv edib. 

 

 ABŞ-ın dövlət katibi və müdafiə nazirinə ünvanlanan müvafiq memorandum Ağ Ev tərəfindən dərc edilib.   

mənbə :
lent.az

Lavrov Kerriye xeberdarlıq edib