İçeriğe geçmek için "Enter"a basın

ABŞ: Ərdoğanın bəyanatı cəfəngiyatdır

28-12-2016

[r32]

28.12.2016 / 01:59 xeber –

Dövlət Departamenti Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğanın ABŞ-ın İŞİD-ə dəstək verməsi barədə bəyanatını gülünc adlandırıb. Qeyd edək ki,  Ərdoğan bundan əvvəl ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın Suriyada İŞİD də daxil olmaqla terror qruplaşmalarına dəstək verməsini təsdiqləyən dəlillərin olduğunu bəyan edib. 

 

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, Dövlət Departamentinin nümayəndəsi qeyd edib ki, Ankaranın bu cür bəyanatlar verməyə əsası yoxdur.  

 

“Bu ittiham cəfəngiyatdır”, – deyə  o bildirib.  

 

Bundan əvvəl Ərdoğan koalisiya qüvvələrinin İŞİD-lə mübarizəyə dair öhdəliklərini icra etmədiyini qeyd edib. 

 

“Onlar bizi İŞİD-ə dəstək verməkdə ittiham edirlər. Amma hazırda onlar İŞİD, PYD, YPG-də daxil olmaqla digər terror qruplaşmalarına dəstək verirlər. Bu gün kimi aydındır. Bizim əlimizdə şəkillər, fotolar və videolarla təsdiq olunacaq dəlillər var”, – deyə Ərdoğan qeyd edib.

mənbə :
lent.az

ABŞ: Ərdoğanın beyanatı cefengiyatdır