İçeriğe geçmek için "Enter"a basın

28 yaşlı gənc qətlə yetirildi - Biləsuvarda

27-12-2016

[r32]

27.12.2016 / 09:05 xeber –

Biləsuvarda qətl törədilib.

 

APA-nın cənub bürosunun məlumatına görə, rayonun Muğan adlanan Obalıq ərazisində əslən Yardımlı rayonunun Alar kəndindən olan 28 yaşlı Nabil İlham oğlu Rəhmanov  sübh tezdən mal-qarasını otarmaq üçün evdən gedib. Günorta saatlarında onun evə qayıtmadığını görən yaxınları Nabilin axtarışına başlayıblar. Nabilin meyiti  qonşu ərazidəki çobanın həyətində aşkarlanıb.

 

Hadisə yerinə dərhal rayonun hüquq-mühafizə orqanları cəlb edilib. N. Rəhmanovun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsində müayinə olunduqdan sonra ailəsinə təhvil verilib.

 

Mərhumun atasının qənaətincə, oğlunu həmkəndliləri bıçaqlayaraq qətlə yetirib. Kənd sakinləri Fəqan Orucəliyevlə onun bacısı Dilarə Orucəliyeva şübhəli şəxs qismində polis tərəfindən saxlanılaraq istintaqa cəlb olunub.

 

Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

mənbə :
lent.az

28 yaşlı genc qetle yetirildi – Bilesuvarda