İçeriğe geçmek için "Enter"a basın

Bu ölkə Avropa İttifaqı ilə əlaqələrini kəsdi

26-12-2016

[r32]
2016-12-26T20:00 xeber – Bu gün Avropa İttifaqının (Aİ) bayrağı Moldova Prezident Administrasiyasının binası üzərindən endirilib. RİA-ya istinadən xəbər verir ki, bununla yanaşı, dövlət başçısının saytının rumın dilində olan versiyası da moldovan dili ilə əvəz olunub.

Andreea AlexandruRusiyanın dostu hakimiyyət başına gəldi
Digər dövlət binalarının və Nazirlər Kabinetinin üzərindəki Aİ bayraqları isə hələ qalır. Prezident Administrasiyasından bildiriblər ki, yeni seçilmiş prezident İqor Dodon konstitusiyaya hörmətlə yanaşır və hamını belə davranmağa səsləyir. O da məlum olub ki, baş verənlərlə bağlı Dodon bu yaxınlarda rəsmi açıqlama verəcək.
Dadon dekabrın 23-də vəzifəsinin icrasına başlayıb. Özünün seçkiöncəsi proqramına uyğun olaraq, o, Moldovo məhsullarının Rusiya bazarına qaytarılması və ikitərəfli iqtisadi münasibətlərin səhmana salınması istiqamətində addımlar atacaq.
Konstitusiyaya görə, respublikanın dövlət dili latın qrafikasına əsaslanan Moldova dili hesab olunur. Ancaq 2013-cü ilin dekabrın 5-də Konstitusiya Məhkəməsi dövlət dilinin Rumın dili olması haqqında qərar qəbul etmişdi.
©
AP Photo/ Virginia MayoAvropa İttifaqı dağılma mərhələsində
Xatırladaq ki, Moldovada bu il keçirilən prezident seçkilərinin ikinci turunda rusiyameylli Sosialistlər Partiyasının lideri İqor Dodon qalib gəlib. İkinci turda mübarizə Dodonla, qərbyönümlü “Fəaliyyət və həmrəylik” partiyasının lideri Mayya Sandu arasında gedib.
Seçkiöncəsi proqramında sosialistlərin lideri bəyan etmişdi ki, Rusiya ilə strateji əməkdaşlıq münasibətlərinin bərpasına çalışacaq, Moldova məhsullarının Rusiya bazarlarına qaytarılması və energetika sahəsində münasibətlərin normallaşdırılması istiqamətində fəaliyyət göstərəcək.
mənbə :

Bu ölke Avropa İttifaqından resmen imtina etdi