[r32]
26.12.2016 / 19:21 xeber –
Prezident İlham Əliyev “Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.
Lent.az-ın Azərtaca istinadən məlumatına görə, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2017-ci il üçün ehtiyac meyarının həddi 116 manat məbləğində təsdiq edilir.
Dövlət başçısı, həmçinin “Azərbaycan Respublikasında 2017-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.
2017-ci il üçün yaşayış minimumu ölkə üzrə 155 manat, əmək qabiliyyətli əhali üçün 164,5 manat, pensiyaçılar üçün 130,2 manat, uşaqlar üçün 136,6 manat məbləğində müəyyən edilir.
Bu qanunlar 2017-ci il yanvarın 1-dən qüvvəyə minir.
mənbə :
lent.az