İçeriğe geçmek için "Enter"a basın

Donetsk “qrad” altında qaldı (VİDEO)

18-01-2015


18.01.2015 07:42 xeber –

Ukraynanın şərqində şiddətli döyüşlər yenidən başlayıb.

ANS PRESS-in məlumatına görə, Donetsk “Qrad” atəşinə tutulub.

Qızğın döyüşlər Krasnoqorovka, Avdiyevka, Peski, Trexizbenka və Nijnie Luqansk vilayətlərində də gedir.

Döyüşlər nəticəsində yaşayış məntəqələrinə də mərmilər düşüb. Dinc sakinlər arasında xeyli sayda yaralıların olduğu bildirilir. Bir nəfər isə həyatını itirib. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Donetsk aeroportunda qızğın döyüşlər gedir.

Separatçılar aeroportu ələ keçirməyə çalışırlar. Ordu qüvvələri müqavimət göstərir.

Mənbə : Anspress.com

Donetsk “qrad” altında qaldı (VİDEO)