İçeriğe geçmek için "Enter"a basın

“Bıçaqla boğazına vurdum, ürəyim soyumadı…”

11-12-2016


[r32]
ARB Kəpəz xəbər verir ki, Gəncədə 27 yaşlı qadını öldürən şəxs indi qanun qarşısında cavab verməli olacaq. Polis tərəfindən saxlanılan Famil Məmmədov əvvəllər də məhkumluq həyatı yaşayıb. O, tutduğu əməldən peşman olsa da, artıq gecdir.

Famil Məmmədov– saxlanılan şəxs: “Ona zəng gəldi. Dedim kimdir, onun üstündə aramızda narazılıq oldu. Mən də onu butulkayla vurdum, ondan sonra boğdum, bıçaqla boğazından vurdum, sonra ürəyim soyumadı yenə qayıtdım boğdum. Boğduğum zaman o da üzümü cırdı. Qapını da bağladım, getdim”.

Saxlanılan şəxs törətdiyi hadisəni bu cür izah edir. Goranboy rayon Səmədabad kənd sakini olan 29 yaşlı Famil Məmmədov 3 ildir tanıdığı 1 uşaq anası Səadət Verdiyevanı qısqanclıq zəminində öldürdüyünü gizlətmir. Həyat yoldaşından boşanan və 2 uşaq atası olan gənc hadisəni törədəndən 1 gün sonra tutulub.

Anar Haqverdiyev- Gəncə şəhər Prokurorunun böyük köməkçisi: “8 dekabr 2016-cı il tarixdə Famil Məmmədov qeyd olunan cinayətin törədilməsində şübhəli şəxs qismində saxlanılıb. Ona ittiham elan olunub. Hazırda Gəncə şəhər Nizami Rayon Məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib”.

Qətl hadisəsi dekabrın 7-də Adil xan Ziyadxanov küçəsi, ev 38, mənzil 70 ünvanında baş verib. Gəncə sakini 27 yaşlı Səadət Verdiyevanın yaşadığı evin yataq otağında boğaz nahiyəsindən kəsici-deşici alətlə vurularaq öldürülən meyiti tapılıb. Hərbi xidmətdən yayındığına görə, məhkum olunan Famil Məmmədov bu dəfə törətdiyi qətlə görə dəmir barmaqlıqlar arxasına düşəcək.
Azadlıq.az

“Bıçaqla boğazına vurdum, ürəyim soyumadı…”