İçeriğe geçmek için "Enter"a basın

Azərbaycanda iki bankın rəhbəri dəyişdi - YENİLƏNİB

08-12-2016

[r32]

08.12.2016 / 16:48 xeber –

 

Orxan Xubanlı "Azər Türk Bank" ASC-nin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edəcək. "APA-Economics"in əldə etdiyi məlumata görə, müvafiq qərar bankın Müşahidə Şurasının iclasında verilib.

 

Qeyd edək ki, O.Xubanlı bundan öncə lisenziyası ləğv olunan "Bank Standard" QSC-nin İdarə Heyəti sədrinin müavini olub.

 

O.Xubanlıdan öncə bu vəzifəni müvəqqəti olaraq Xalid Əhədov icra edib.

 

**

15:54

 

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Elmar Məmmədov vəzifəsindən kənarlaşdırılıb.

 

 

“APA-Economics”in bank dairələrindən əldə etdiyi məlumata görə, “Azər-Türk Bank”ın İdarə Heyətinin sədrinin müvəqqəti icraçısı Xalid Əhədov E.Məmmədovun yerinə təyin olunub.

 

 

 

X.Əhədovun yerinə hələlik təyinat olmayıb. 

mənbə :
lent.az

Azerbaycanda iki bankın rehberi deyişdi – YENİLƏNİB