[r32]
08.12.2016 / 16:48 xeber –
Orxan Xubanlı "Azər Türk Bank" ASC-nin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edəcək. "APA-Economics"in əldə etdiyi məlumata görə, müvafiq qərar bankın Müşahidə Şurasının iclasında verilib.
Qeyd edək ki, O.Xubanlı bundan öncə lisenziyası ləğv olunan "Bank Standard" QSC-nin İdarə Heyəti sədrinin müavini olub.
O.Xubanlıdan öncə bu vəzifəni müvəqqəti olaraq Xalid Əhədov icra edib.
**
15:54
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Elmar Məmmədov vəzifəsindən kənarlaşdırılıb.
“APA-Economics”in bank dairələrindən əldə etdiyi məlumata görə, “Azər-Türk Bank”ın İdarə Heyətinin sədrinin müvəqqəti icraçısı Xalid Əhədov E.Məmmədovun yerinə təyin olunub.
X.Əhədovun yerinə hələlik təyinat olmayıb.
mənbə :
lent.az