13.11.2016 / 13:14 xeber –
Bu gün Bakı metrosunda ölüm hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, metronun “Koroğlu” stansiyasının keçidində 45-50 yaşlı qadın qəfil yıxılıb. Yaxınlıqdakı şəxslər dərhal təcili tibbi yardım çağırıblar. Lakin artıq gec olub və qadın vəfat edib.
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Lent.az-a bildirilib ki, həkim briqadası hadisə yerinə çatdıqda həmin qadın artıq keçinibmiş. Onun ürək çatışmazlığından vəfat etdiyi ehtimal edilir.
Hadisə yerinə Nizami rayon Prokurorluğunun əməkdaşları gəlib. Qadının şəxsiyyəti dəqiqləşdirilir.
mənbə :
lent.az