09.11.2016 / 21:08 xeber –
ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton prezident seçkilərində məğlubiyyətini rəsmən etiraf edib.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə, bu barədə H.Klinton Nyu-Yorkda jurnalistlərə açıqlamasında bildirib.
“Ötən gecə mən Donald Trampı təbrik etdim və ölkəmizin maraqları uğrunda əməkdaşlıq etməyə hazır olduğumu bildirdim. Qalib gələ bilmədiyimizdən çox təəssüflənirəm”, deyə H.Klinton qeyd edib.
mənbə :
lent.az