İçeriğe geçmek için "Enter"a basın

Bakıda 41 yaşlı kişi özünü evində asdı

26-10-2016

26.10.2016 / 11:10 xeber –

Bakıda 41 yaşlı kişi özünü asıb. Lent.az-ın trend-ə istinadən məlumatına görə, bu barədə Binəqədi rayon Prokurorluğundan məlumat verilib.

 

Hadisə oktyabrın 25-də səhər saat 10 radələrində rayonun Sulutəpə qəsəbəsində baş verib. Qəsəbə sakini, 1975-ci il təvəllüdlü Quliyev Nahid Qənimət oğlu Sulutəpə qəsəbəsi, Allahverdiyev küçəsində yaşadığı evdə özünü asaraq öldürüb.

 

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb, araşdırma aparılır.

mənbə :
lent.az

Bakıda 41 yaşlı kişi özünü evinde asdı