İçeriğe geçmek için "Enter"a basın

Həbsdəki NİDA-çıya hökm oxundu - 10 İL

25-10-2016

25.10.2016 / 18:37 xeber –

Bu gün NİDA Vətəndaş Hərakatının narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən üzvü Qiyas İbrahimovun cinayət işinin məhkəmə prosesi sona çatıb.

 

Lent.az-ın  məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində  hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənə hökm oxunub. Qiyas İbrahimov 10 il müddətinə azadlıqdan məhrum edilib. 

 

 

Xatıqladaq ki, Prokuror çıxışında Qiyas İbrahimovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

 

Qeyd edək ki, Q.İbrahimov Cinayət Məcəlləsinin 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunub. Xətai Rayon Məhkəməsində onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

mənbə :
lent.az

Hebsdeki NİDA-çıya hökm oxundu – 10 İL