09.10.2016 / 17:12 xeber –
Ötən gecə Ermənistanda naməlum şəxslər Vanadzor həbsxanasının direktorunun “Niva” markalı avtomobilini partladıblar.
APA-nın məlumatına görə, bu barədə “Novosti Armenii” məlumat yayıb.
Hadisə gecə saat 02.30 radələrində baş verib. Partlayıcı qurğu avtomobilin altına yerləşdirilib. Partlayış anında avtomobildə heç kəs olmayıb.
Polis araşdırma aparır.
mənbə :
lent.az