09.10.2016 / 14:03 xeber –
Daha bir azərbaycanlı “O səs Türkiyə”nin səhnəsinə çıxıb.
Lent.az Qafqazinfo-ya istinadən xəbər verir ki, İlham Nəzərov adlı həmyerlimiz “Ayrılıq” mahnısını ifa edib.
O, ifasıyla münsifləri təəccübləndirməyi bacarıb. Belə ki, yarışmadakı 4 münsifin 4-ü də İlham üçün dönüb. İfaçı Murad Bozu səhnəyə dəvət edərək eyni mahnını onunla və Sibel Canla da oxuyub.
İ.Nəzərov Gökhan və Hakan Özoğuzların komandasını seçib.
mənbə :
lent.az