İçeriğe geçmek için "Enter"a basın

DÇ-2018: Yığmamız liderliyi ələ keçirdi

08-10-2016

08.10.2016 / 21:59 xeber –

Azərbaycan millisi bu gün növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, yığmamız DÇ-2018-in seçmə mərhələsində 2-ci matçına çıxıb.

 

UEFA zonasının C qrupunda mübarizə aparan komandamız Norveç yığmasını qəbul edib. Bakı Olimpiya Stadionunda baş tutacaq görüş Robert Prosineçkinin yetirmələri üçün ilk ev qarşılaşması olub.

 

Tsikli səfər qələbəsi ilə başlayan millimiz San-Marino üzərindəki minimal hesablı uğurun davamını gətirməyə nail olub. 12-ci dəqiqədə Maksim Medvedevin qolu ilə hesabı açan yığmamız matçın sonuna qədər üstünlüyünü qoruya bilib.

 

Ev oyunundakı 3 xal komandamızın liderliyi ələ keçirməsi ilə nəticələnib. Yığmamızın turu zirvədə bitirməsi üçün Almaniya millisi Çexiya qarşısında xal itirməlidir.

 

DÇ-2018-in seçmə mərhələsi

UEFA zonası

 

C qrupu

II tur

8 oktyabr

 

Azərbaycan – Norveç – 1:0

Qol: Maksim Medvedev, 12

 

Hakimlər: Liran Liani, David Elyas Bitton, Nissan Davidi, Eytan Şmuelevitz (hamısı İsrail)

Hakim-inspektor: Erol Ersoy (Türkiyə)

UEFA nümayəndəsi: Çarles Şaak (Lüksemburq)

Bakı Olimpiya Stadionu

 

1

Azərbaycan

2

2

0

0

2-0

6

2

Almaniya

1

1

0

0

3-0

3

3

Çexiya

1

0

1

0

0-0

1

4

Ş.İrlandiya

1

0

1

0

0-0

1

5

San-Marino

1

0

0

1

0-1

0

6

Norveç

2

0

0

2

0-4

0

 

 

mənbə :
lent.az

DÇ-2018: Yığmamız liderliyi ele keçirdi