İçeriğe geçmek için "Enter"a basın

Toyda gəlinin atasını ölümcül hala saldı - YENİLƏNİB

04-10-2016

04.10.2016 / 12:17 xeber –

Şəmkirdə toyda baş vermiş bıçaqlanma hadisəsinin təfərrüatı məlum olub. Lent.az ARB TV-yə istinadən xəbər verir ki, rayon sakini Razim Rzayev ağır dərəcəli sərxoş vəziyyətdə qonşusu Azər Qasımovun qızının toyunda dava salıb.

 

Gəlinin atası və bibisinin həyat yoldaşının meydanda rəqs etməsi spirtli içkinin təsirində olan Razimin xoşuna gəlməyib. O, gəlinin atası 46 yaşlı Azər Qasımovu bıçaqla ölümcül yaralayıb.

 

Ailənin yaxın qohumu Etibar Məmmədhəsənova isə soyuq silahla müxtəlif bədən xəsarətləri yetirib.

 

Hər iki yaralı dərhal Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Əməliyyat olunan Azər Qasımovun vəziyyətinin ağır olduğu bildirilir.

 

Şəmkir Rayon Polis Şöbəsi əməkdaşları Razim Rzayev axtarır.

 

 

 

23:50

 

Şəmkirdə toyda bıçaqlananların kimliyi məlum olub.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə,  Şəmkir şəhərində şadlıq sarayında keçirilən şənlik zamanı gəlinin atası, Şəmkir şəhər sakini, 1970-ci il təvəllüdlü Azər Qasımov və gəlinin bibisi yoldaşı 1957-ci il təvəllüdlü Etibar Məmmədhəsənov bıçaqlanb.

 

 

Cinayəti törədən şəxs hadisə yerindən qaçıb. Yaralılar Şəmkir rayon Mərkəzi rayon xəstəxanasına yerləşdiriliblər.Vəziyyətlərinin orta ağır olduğu bildirilir.

 

Şəmkir rayon Polis Şöbəsində cinayti törədən şəxsin tapılması istiqamətində əməliyyat axtarış tədbirləri həyata keçirilir.

 

***

 

Şəmkirdə toyda dava zamanı iki nəfər bıçaqlanıb.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Şəmkir şəhərində yerləşən şadlıq saraylarının birində baş verib.

 

Kütləvi dava zamanı iki nəfər bıçaqlanaraq Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Əməliyyat edilən yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

 

Yaralıların şəxsiyyəti müəyyənləşdirilir. Faktla bağlı Şəmkir rayon Polis şöbəsində araşdırma aparılır.

mənbə :
lent.az

Toyda gelinin atasını ölümcül hala saldı – YENİLƏNİB