29.09.2016 / 19:15 xeber –
AFFA-nın prezidenti Rövnəq Abdullayevin dəvətinə əsasən UEFA-nın prezidenti Aleksander Çeferin Avro-2020-nin 4 oyununun ev sahibi şəhəri Bakının loqosunun təqdimat mərasimində iştirak etmək üçün bu gün paytaxtımıza gəlib.
Lent.az-ın Trend-ə istinadən məlumatına görə, tədbir sentyabrın 30-da, saat 19:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək.
Xatırladaq ki, A.Çeferin Avropa Liqasının C qrupunda bu gün saat 19.00-da, "Bakcell Arena"da keçiriləcək "Qəbələ" – "Mayns" (Almaniya) oyununu izləyəcək.
mənbə :
lent.az