31.08.2016 / 14:45 xeber –
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Zaur Nəsrullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə Z.Nəsrullayev 9 il müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, dövlət ittihamçısı Z.Nəsrullayevin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, 1975-ci il təvəllüdlü Z.Nəsrullayevin üzərindən kustar üsulla hazırlanmış 1600 qram narkotik vasitə aşkarlanıb. Z.Nəsrullayevin ödənilməmiş məhkumluğu qalıb. O, 2008-ci ildə Cinayət Məcəlləsinin 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə təqsirləndirilərək 9 il müddətinə azadlıqdan məhrum edilib. 2014-cü ildə Nizami rayon məhkəməsinin qərarı ilə şərti azadlığa buraxılıb.
mənbə :
lent.az