Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qaziantep şəhərində toy mərasimində partlayışın 12-14 yaşlı canlı bomba tərəfindən törədildiyini bildirib.
Azadliq.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Rəcəb Tayyib Ərdoğan deyib ki, toy mərasimində 12-14 yaşlı uşaq özünü partladıb, ya da kənardan uşağın üzərindəki partlayıcı qurğu kənardan işə salınıb.
Türkiyə prezidenti partlayış nəticəsində ölənlərin sayının 51 nəfərə çatdığını, 17-i ağır olmaqla, 69 yaralının müalicəsinin davam etdirildiyini qeyd edib.
R. T. Ərdoğan hüquq-mühafizə orqanlarının ilkin versiyasının partlayışın İŞİD terror təşkilatı tərəfindən törədildiyi olduğunu da nəzərə çatdırıb.