08.08.2016 / 06:35 xeber –
Böyük Britaniya yığmasının lideri Adam Piti brass üsulu ilə 100 m məsafəyə üzməkdə yeni dünya rekordu müəyyən edərək (57,13 s) Olimpiya çempionu olub.
APA-nın məlumatına görə, gümüş medalı Cənubi Afrika Respublikasının nümayəndəsi Kameron van der Burq qazanıb. Üçüncü yeri ABŞ üzgüçüsü Kodi Miller tutub.
Qeyd edək ki, Adam Piti avqustun 6-da Olimpiadada müəyyən etdiyi dünya rekordunu (57,55) təzələyib.
mənbə :
lent.az