07.08.2016 / 18:08 xeber –
Bu gün İstanbulun Yeniqapı meydanında keçiriləcək mitinqin proqramı bəlli olub. Lent.az habertürk-ə istinadən xəbər verir ki, mitinqdə açılış çıxışını Milliyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalı edəcək. Daha sonra digər müxalifət prtiyasının – Cumhuriyyət Xalq partiyasının rəhbəri Kamal Kılıçdaroğlu kürsüyə çıxacaq. CHP liderinin ardınca hakim partiyanın sədri, Türkiyənin baş naziri Binəli Yıldırım mitinqçilərə müraciət edəcək. Sonda isə ölkə başçısı Rəcəb Tayyip Ərdoğan kürsüyə çıxaraq çıxış edəcək.
Artıq Binəli Yıldırım və sabiq baş nazir Əhməd Davudoğlu Yeniqapı meydanına gəlib.
xxxxx
15:38
Bu gün Türkiyədə son illərin ən böyük mitinqi keçiriləcək. Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbulun Yeniqapı meydanında təşkil edilən mitinqlə bağlı insanların axını müşahidə edilir. Artıq meydana minlərlə insan yığılıb və 3 saat sonra burada təxminən 5 milyon nümayişçinin cəmlənəcəyi proqnozlaşdırılır.
Mitinq meydanına Türkiyə bayrağı ilə yanaşı Azərbaycan bayraqlarının da gətirilməsi diqqəti cəlb edir. Meydanda Atatürkün və Rəcəb Tayyip Ərdoğanın nəhəng plakatları qaldırılıb.
Siyasi şüarların səsləndirilməyəcəyi mitinqdə ölkənin hakimiyyətdə və müxalifətdə olan əsas 3 partiyasının liderləri iştirak edəcək.
+20
mənbə :
lent.az