06.08.2016 / 18:41 xeber –
Azərbaycan cüdoçusu Orxan Səfərov 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında çıxış edib. APA-nın məlumatına görə, idmançımız yarışa qələbə ilə başlayıb.
1/32 finalda Peru təmsilçisi Xuan Postiqos ilə üz-üzə gələn cüdoçu rəqibini məğlub edib və növbəti mərhələyə yüksəlib. O. Səfərov 1/16 final mərhələsində Qırğızıstan təmsilçisi Otar Bestayev ilə üz-üzə gələcək.
mənbə :
lent.az