İçeriğe geçmek için "Enter"a basın

Sumqayıtda 79 yaşlı qadın mənzilində ölü tapıldı

01-08-2016

01.08.2016 / 21:08 xeber –

Sumqayıtda mənzildə qadın meyiti tapılıb.

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

Dərhal Nazirliyin Sumqayıt Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1937-ci il təvəllüdlü Əmiraslanova Fizzə Yusif qızının cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil verib.

mənbə :
lent.az

Sumqayıtda 79 yaşlı qadın menzilinde ölü tapıldı