24.07.2016 / 20:06 xeber –
Şamaxı rayonunda 3 yeniyetmə oğlan göldə çimərkən boğulub.
APA-nın yerli bürosnun məlumatına görə, hadisə bu gün saat 18:00 radələrində Şamaxı şəhərinin yaxınlığındakı Şirvangöldə qeydə alınıb.
Ehtiyatsızlıqdan boğularaq həyatlarını itirən 13-16 yaşlı yeniyetmələrin adları hələ müəyyən deyil. Onların meyiti 19:30 radələrində Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupunun əməkdaşları tərəfindən Sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.
Hadisənin necə baş verdiyi məlum deyil. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Faktla bağlı Şamaxı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
mənbə :
lent.az