Bakıda güclü yanğın başlayıb.
Azadliq.az xəbər verir ki, hadisə “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında qeydə alınıb.
Bu barədə jurnalist Əzizə İsmayılova məlumat yayıb. O qeyd edib ki, yanğın həmin ərazidəki körpünün altında yerləşən maşın bazarında baş verib.
***
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 20-ə yaxın yanğınsöndürən maşını cəlb olunub. Yanğının lokallaşdırılması üçün iş gedir.
Yanğının baş verdiyi ərazini qatı tüstü bürüyüb. Körpüdən “Xalqlar Dostluğu” istiqamətində olan yollar bağlanıb, hərəkət məhdudlaşdırılıb.
***
Yanğının bazarın əsasən səyyar satış mağazalarında şiddətli olduğu bildirilir. Maşın bazarının ətrafında partlayış səsləri eşidilir.
***
“Bakı şəhəri, Nizami rayonu, Maşın bazarında mağazalardan birində baş vermiş yanğın saat 22:59-da söndürülüb”.
Bu haqda FHN məlumat yayıb. Nazirlik qeyd edib ki, yanğın haqda əlavə məlumat veriləcək.
Hadisə yerindən görüntüləri təqdim edirik: