26.02.2016 / 22:07 xeber –
Fransızlar “Skylights Theater” adlı yeni qacet hazırlayıblar. Bu, eynək-qulaqcıqdır və ixtiraçılarının sözlərinə görə, o, uçuş vaxtı filmə baxmaq prosesini dəyişəcək.
Lent.az-ın “azərtac”-a istinadən məlumatına görə, qulaqcıqlı portativ eynəyin istifadəsi zamanı sərnişinin qarşısında immersiv təsvir yaranacaq, yəni o, virtual məkana daxil olacaq və bunu qacet sahibindən başqa heç kim görməyəcək.
Qurğu digər sərnişinlərdən tam vizual və audio təcrid şəraiti yaradacaq. Yeni qacetin çəkisi 280 qramdır. Batareyanın tutumu səkkiz saatlıq fasiləsiz izləməni təmin edir, yaddaşda isə HD formatında 40 film saxlanılır.
Virtual reallıq eynəyindən fərqli olaraq, “Skylights Teater” sahiblərinə təsvirin tam spektrini görməkdən ötrü başı çevirmək lazım deyil. Çünki film bərkidilmiş ekranda nümayiş ediləcək.
Yeni eynək artıq “XL Airways” aviaşirkətinin reysləri zamanı sınaqdan keçirilib. Antil adalarına yollanan sərnişinlərə bu qacet təklif olunub. Aviaşirkət nümayəndələrinin sözlərinə görə, “turistlər heyranlıq içində olublar”. Yaxın zamanlarda digər aviaşirkətlər də qurğunu sınaqdan çıxaracaqlar.
mənbə :
lent.az