26.02.2016 / 22:01 xeber –
Bakı-Qazax magistral yolunda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə magistral yolun Şəmkir şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
Şəmkir rayon sakini, 1981-ci il təvəllüdlü Hüseyn Rzayev idarə etdiyi “Opel Astra” markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən 1985-ci il təvəllüdlü Pərvin Qurbanovanı vurub.
Müxtəlif bədən xəsarətləri alan qadın dərhal Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
mənbə :
lent.az