İçeriğe geçmek için "Enter"a basın

Məhkəmələrə hakim və sədrlər təyin edildi - SƏRƏNCAM

25-02-2016


25.02.2016 / 18:27 xeber –

Prezident İlham Əliyev bir sıra inzibati-iqtisadi məhkəmələrin hakim və sədrlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, Rəşid Şükür oğlu Rzayev 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi və sədri vəzifəsindən azad edilərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi və həmin məhkəmənin sədri təyin edilib.

 

Çingiz Adil oğlu Bəşirov isə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi və həmin məhkəmənin sədri təyin edilib.

 

Usaməddin Hidayət oğlu Osmanov isə Şəki İnzibati-İqtisadi Məhkəməsinin sədri təyin edilib.

 

 

mənbə :
lent.az

Mehkemelere hakim ve sedrler teyin edildi – SƏRƏNCAM