19.02.2016 / 16:35 xeber –
Rabitə və yüksək texnologiyalar nazirinə yeni köməkçi təyin edilib.
"APA-Economics"in əldə etdiyi xəbərə görə, bu vəzifəyə Emin Tahir oğlu Məmmədov gətirilib.
Qeyd edək ki, E. Məmmədov 2010-2016-cı illərdə Heydər Əliyev Fondunun Humanitar proqramlar departamentinin Təhsil, gənclər və idman şöbəsində aparıcı mütəxəssis və baş mütəxəssis vəzifələrində çalışıb.
Xatırladaq ki, E. Məmmədovdan öncə bu vəzifəni Ehtiram Kərimov tutub.
mənbə :
lent.az