19.02.2016 / 15:08 xeber –
2016-ci ilin yanvarı ayı ərzində Azərbaycanda ümumilikdə 55 qida zəhərlənməsi hadisəsi baş verib.
Səhiyyə Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzindən Lent.az-a verilən məlumata görə, qida zəhərlənməsi nəticəsində 68 nəfər zərər çəkib.
Yanvar ayı ərzində 5 botulizm hadisəsi qeydə alınıb. Nəticədə 7 nəfər zərər çəkib. Zəhərlənmələr zamanı ölüm faktı qeydə alınmayıb.
Qeyd edək ki, zəhərlənmə halları əsasən evdə bağlanan xiyar, pomidor turşusundan istifadə zamanı yaranıb.
mənbə :
lent.az