17.02.2016 / 21:42 xeber –
ABŞ çətənə birjası açıla bilər.
Oxu.Az “Fortune” nəşrinə istinadən xəbər verir ki, Seed Commodities Exchange şirkəti Ticarət Komissiyasına müvafiq ərizə göndərib.
Məlumata əsasən, birjada toxumlar və bitkilər satılacaq. Birjanın mayın əvvəllərində açılacağı gözlənilir.
Şirkət öz layihəsinə maliyyə vəsaiti cəlb etmək üçün 11 min elektron məktub göndərib və 604 investorla görüşüb.
Onlardan 50-si layihəyə maliyyə vəsaiti ayırmağa razılaşıb. İnvestorların əksəriyyəti adlarının açıqlanmasını istəməyiblər.
mənbə :
lent.az