İçeriğe geçmek için "Enter"a basın

"DəmirBank"dan oğurluq etmək istəyən şəxs: "Qaynım məni qoyub qaçdı..."

16-02-2016


16.02.2016 / 19:52 xeber –

Ötən gün Binəqədi rayonunda banka basqın edən dəstə üzvlərindən biri həbs olunub.

 

APA TV-nin məlumatına görə, 49 yaşlı Elxan Hüseyn oğlu Məsimov Ramanı qəsəbəsindən qaynı ilə bərabər gələrək, Şövkət Məmmədova küçəsi-10 ünvanında yerləşən "DəmirBank"ın bankomatından oğurluq etmək istədiklərini etiraf edib: "Kamranla gəldik Binəqədi rayonuna. Mən maşında oturmalıydım, bu isə getməliydi bankomatdan pul çıxarıb, mənimlə bərabər qayıtmalı idi. Gözlədim gəlmədi, çıxdım getdim. Dalınca bir də gördüm polislər üstümə gəlir. Məni tutdular". 

 

Qeyd edək ki, bankın  pəncərəsi sındırıldığı üçün təhlükəsizlik siqnalı işə düşüb. Qaynı Kamran qaçsa da, Elxan Məsimov həbs olunub. Şəxsiyyəti dəqiqləşdirilən şəxsin axtarışları davam etdirilir.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam edir.

mənbə :
lent.az

"DemirBank"dan oğurluq etmek isteyen şexs: "Qaynım meni qoyub qaçdı…"