14.02.2016 / 17:40 xeber –
Tərəflər 30 maddəlik sənədə imza atıblar
Dünən axşam Kubanın paytaxtı Havanada katolik və provaslav kilsələrinin liderləri arasında tarixi görüş baş tutub. Lent.az BBC-yə istinadən xəbər verir ki, 962 il sonra iki əsas xristianlıq cərəyanının rəhbəri bir araya gəlib.
Havanadakı Xose Martin hava limanında baş tutan 2 saatlıq görüşdən sonra papa Fransis və rus-provaslav kilsəsinin rəhbəri Kiril 30 maddəlik sənəd imzalayıblar. Sənəddə kilsələrin dağıdılması, Avropanın xristian köklərinə bağlı qalması, Afrikadakı xristianların məruz qaldığı zorakılıq, eləcə də digər qlobal problemlərə toxunulub.
mənbə :
lent.az