22:44 xeber – Futbol tarixinin ən yaxşı qapıçısı məlum olub.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, İtaliya yığmasının və “Yuventus” klubunun qapıçısı Canluidji Buffon “France Football” jurnalının oxucular arasında keçirdiyi sorğuya əsasən dünyanın ən yaxşı qapıçısı seçilib. O, səslərin 44 faizini toplayıb.
Fransa millisinin və “Mançester Yunayted”in qapıçısı Fabyen Bartez isə ikinci olub. Futbol tarixində yeganə qapıçı kimi “Qızıl Top” alan Lev Yaşin isə 3-cü pillədə qərarlaşıb. Almaniyanın “dəmir Kan” ləqəbi ilə tanınan Oliver Kan isə 7 faizlə 4-cü yerdədir.
Lev Yaşın – sabiq qapıçı
Səsvermənin nəticəsi belədi:
1. Canluici Buffon – 44% səs
2. Fabyen Bartez – 17%
3. Lev Yaşin, Oliver Kan – 7%
5 İker Kasilyas, Manuel Noyer – 6%
7. Edvin van der Sar – 3%
8 Peter Şmeyxel, Dino Zoff – 2%
10 Petr Çex, Sepp Mayer, Qordon Benks, Peter Şilton, Rikardo Zamora – 1%
Edvin van der Sar – sabiq qapıçı
Buffon 30 dəfə İtaliya çempionu olub. 2006-cı ildə İtaliya yığması ilə Dünya çempionu olub. Elə həmin turnirdə də FİFA tərəfindən çempionatın ən yaxşı qapıçısı seçilib.
2002/03 mövsümündə Buffon Çempionlar Liqasının ən yaxşı oyunçusu seçilib. O, Çempionlar Liqası tarıxındə yeganə qapçıdır ki, ən yaxşı oyunçusu seçilib. İFFHS tərəfindən 2003, 2004, 2006 və 2007-ci ildə dünyanın ən yaxşı qapıçısı seçilib. İFFHS tərəfindən həm də futbol tarixinin 1987-2009 periodunun ən yaxşı qapıçısı sayılır.
Hazırda “Yuventus” İtaliya çempionatında Xeber”Napoli”dən 2 xal geriliyərək 2-ci pillədədir.
mənbə :
anspress